Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:59

Qaravəlli kənd sakinləri aksiya keçirməyi planlaşdırır


Kəndin sosial vəziyyətinin acınacaqlı olduğunu deyən bir qrup sakin mayın 11-də mətbuat konfransı keçirib.

Onlar deyir ki, qonşu kəndlərdə vəziyyət nisbətən yaxşı olsa da, Qaravəllidə məktəb, qaz, işıq, yol, telefon problemi var. Üstəlik, qaz kəmərinə ən yaxın kənd Qaravəlli olsa da, bu kənddə 1993-cü ildən bəri mavi qaz yoxdur. Hərçənd, 10 km aralıda artıq qaz kəməri var.

Qaravəlli kəndlilərinin hüquqlarını müdafiə edən Ələkbər Məmmədov bildirib ki, onlar kəndin problemlərini əks etdirən CD hazırlayıb və onu yerli rəhbərliyə təqdim ediblər. Bu problemlər həll olunmasa, növbəti mərhələdə beynəlxalq təşkilatlar, səfirliklərə müraciət etmək niyyətindədirlər. Bunun da faydası olmasa aksiya keçirəcəklər.

Ağsunun Qaravəlli kəndində 64 ev var.

Sakinlər bildirir ki, bir çoxları başqa qəsəbə və şəhərlərə köçüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG