Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:30

Magistral yollarda yeni xidmət fəaliyyətə başlayıb


Mayın 11-dən Azərbaycanın magistral yollarında təxirəsalınmaz tibbi yardım xidməti fəaliyyətə başlayıb.

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bildirib.

O deyib ki, nazirliyin yeni xidməti magistral yollarda baş verən avto-qəzalar zamanı xəsarət alanlara təxirəsalınmaz yardım göstərəcək:

«Azərbaycanın bir çox magistral yollarında tibb məntəqələri yoxdur. Ona görə də, təcili tibbi yardımın qəza baş vermiş əraziyə gəlməsi vaxt aparır və bu, çox zaman xəsarət alanların ölümü ilə nəticələnir».

Yeni xidmət növü üçün ən müasir texnikalar alınıb. /Trend/

Günün bütün mövzuları

XS
SM
MD
LG