Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:44

«Yeni Müsavat»:

Azərbaycanda yanacağın bahalaşması riski yaranıb. Son günlər xaricə benzin və dizel yanacağının daşınması kəskin artıb. Rusiyada defisit hökm sürür; Bakı Neftayırma Zavodunun imkanları kritik durumlara uyğun deyil.

Son həftələrdə Naxçıvan üzərindən Türkiyəyə qeyri-leqal yanacaq daşınmasının xeyli artdığı bildirilir. Buna səbəb Türkiyədə benzinin və dizel yanacağının qiymətlərinin durmadan artması, Azərbaycanla müqayisədə az qala 6 dəfə baha olmasıdır. Bu cür kəskin fərq sürətlə varlanmaq istəyən işbazlar və transmilli neft mafiyası üçün əlverişli imkan yaradıb.


«Bizim Yol»:

Milyonlarla vəsaiti verib Hollandiyadan gül gətirib üç günlük tədbir keçirməkdənsə, bu pulu kredit şəklində gülçülük təsərrüfatçılarına vermək olar. Yaxud istixanalara qaz pulunu azaltmaq olar. Həm də Bakı kəndlərində gülçülüyü bilən adamlar var ki, onlar Hollandiyadan da qat-qat gözəl güllər yetişdirə bilərlər.

Bakı kəndlərində gülçülüyün durumunu - 25 il əvvəlki zamanla müqayisə edilərsə 20 faiz gülçülük təsərrüfatı qalıb. Belə ki, Bakı kəndlərində gülçülük təsərrüfatı birbaşa istixanalarla bağlı məsələdir. İstixanalarda qazın olub-olmaması bu təsərrüfata təsir edir.

«YENİ AZƏRBAYCAN»:

Prezident İlham Əliyev və ailə üzvləri gül kompozisiyalarına maraqla tamaşa ediblər. Güllərdən hazırlanmış müxtəlif mənzərələr, orijinal lövhələrdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərinə aid fotoşəkillər böyük maraq doğurub.

Üzərində Ulu öndərin portreti, müxtəlif çiçəklər əks olunmuş 30 metr hündürlüyündə iki hava şarı da maraqla qarşılanıb. Bildirilib ki, onlar axşam havaya buraxılacaq.
Gül bayramı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunduğu üçün nümayiş etdirilən hər bir gül çələngində, əl işlərinin mövzu və kompozisiyasında sevimli rəhbərə məhəbbət hissi diqqəti cəlb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG