Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:40

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Azərbaycana gəlir


Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterres (António Guterres) mayın 18-də Azərbaycana gələcək.

O, ikigünlük səfəri çərçivəsində məcburi köçkünlər üçün Ağdam və Yevlax rayonlarında yeni salınmış qəsəbələrdə, Binəqədidə yeni tikilmiş məhəllədə olacaq.

Ali Komissar Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla, Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovla, Xarici İşlər naziri Elmar Məmmədyarovla da görüşəcək, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrin (ABŞ, Rusiya, Fransa) səfirləri və BMT-nin rezident-əlaqələndiricisi ilə «dəyirmi masa»da iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG