Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:35

Məqsəd dinlə bağlı yanlış stereotipləri dağıtmaqdır


Avstraliyanın Tornberi şəhərində İslam dininə aid muzey yaradılacaq.

Avstraliya İslam Muzeyi - qeyri-kommersiya təşkilatıdır. Bu qurum 2010-cu ildə məhz dini muzey tikilməsi məqsədilə yaradılb. Təşkilatın fəaliyyətinin məqsədi Avstraliyada və ölkədən kənarda yaşayan müsəlmanların hansı zəngin bədii irsə malik olduğunu göstərməkdir.

Muzeyə gələcək insanları maraqlandırmaq üçün onlara İslam mədəni irsinə aid maraqlı hekayələr səsləndiriləcək. Muzeydə həmçinin, bədii əsərlərin sərgi və ekpozisiyası da təşkil olunacaq. Burada interaktiv displeylərdən istifadə olunacaq.

Muzey təşkilatçıları ümid edir ki, incəsənətin köməyilə cəmiyyətdə İslamla bağlı yaranmış yanlış stereotipləri və dini azlıqlara qarşı münasibəti dəyişmək mümkün olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG