Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:12

ABŞ Pakistandan şübhələnir?


PAKİSTAN HÖKÜMƏTİNƏ TƏYZİQLƏR

«Pakistan hökuməti, yüksək vəzifə sahibləri bin Ladenin ölkədə olmasından xəbərsiz olduqlarını deməkdə davam edirlər. Onlar bunu müzakirə etmək niyyətindədirlər. Lakin yüksək vəzifəli şəxslərin bunu bilmədiyinə inanmaq çətindir. Bu məsələylə bağlı Pakistan hökumətinə təzyiq olunmalıdır».

Bunu mayın 6-da ABC televiziyasına müsahibəsində Senatın Silahlı Qüvvələr Xidməti Komitəsinin sədri Senator Carl Levin deyib. Senator əlavə edib ki, heç şübhə etmir ki, Pakistanda Mullah Omar və digər Taliban liderlərinin harada olduğunu bilirlər.
Pakistanın yaraqlıların tapılıb, məhv edilməsi ilə bağlı zəif əməkdaşlıq göstərdiyini deyən Senator Levin bildirib ki, “həmin qrupların üzvləri sərhədi keçərək Əfqanıstanda Amerika əsgərlərini öldürürlər”.

«BİN LADENİN ÖLDÜRÜLMƏSİ GÖSTƏRİR Kİ...»

Senator İslamabad hökumətinin addımlarından məyuslandığını dediyi zaman, ABŞ generalı Richard Mills ölkə qoşunlarının növbəti addımına ehkam vuraraq, «əgər mən Mullah Omar olsaydım narahat olardım. Bin Ladenin öldürülməsi göstərir ki, amerikalılar bir yerə cəmlənib» deyə əlavə edim.

Carl Levin
Pakistanda Osama Bin Ladenlə çoxsaylı müsahibələri ilə dünyada tanınan jurnalist Rahimullah Yusufzai deyir ki, Mullah Omar Amerikanın axtardığı adamların siyahısında növbəti ola bilər:

«Amerikalılar hesab edir ki - bunu prezident Obamadan da eşitdik ki, hansısa dəyərli hədəfin yeri barədə məlumat olarsa onlar eyni hücumu təkrarlaya bilərlər, və məncə Mullah Omar da belə dəyərli hədəflər arasındadır».

Mullah Omar Əl-Qaidə lideri Bin Ladenin əsas tərəfdaşlarından biridir. ABŞ 2001-ci ildə Əfqanıstanda Talibanı devirmək üçün əməliyyata başlasa da, Omar və digər Taliban rəsmiləri Bin Laden kimi sağ qala bilmişdilər.

Bin Laden mayın 1-də öldürülsə də, Mullah Omar və onun bir çox yoldaşının yeri naməlum qalır. Ehtimal ki, onlar hələ də Əfqanıstanda Talibana rəhbərlik edir.
Pentaqonda bəziləri Talibana qarşı hərbi əməliyyatları genişləndirməkdən danışdığı zaman, Vaşinqtonda rəsmilər hesab edir ki, Bin Ladenin ölümündən yararlanmaq lazımdır.

Hillary Clinton
HİLLARİ KLİNTON HESAB EDİR Kİ...


Məsələn mayın 4-də dövlət katibi Hillari Klinton bildirib ki, indi diplomatiyada irəliləmək zamanıdır. Klinton hesab edir ki, Bin Ladenin öldürülməsi Talibana danışıqlar masasına oturmaq üçün yeni stimul verir. Digər tərəfdən Pakistan ərazisində hər hansı əməliyyatların aparılması bu ölkə ilə onsuz da zəifləmiş münasibətlərinə mənfi təsir göstərə bilər.

İstənilən halda yaraqlılara qarşı növbəti plan zaman ala bilər. Çünki Vaşinqtonda müxtəlif qurumların fərqli prioritetləri var. Ancaq Senator Carl Levin kimi bəziləri hesab edirlər ki, Pakistanın hansı yolla Bin Ladeni müdafiə edib- etmədiyi aydınlaşmalıdır.
Analitiklərin fikrincə, bu dolaşıqlıq Vaşinqton nadir tarixi andan yararlanmağa mane ola bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG