Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:37
Azərbaycan finalda 19-cu çıxış edəcək

Finalçılar bəlli olduqdan sonra püşk atıldı. Azərbaycanın bu dəfəki final nömrəsi 19 oldu.

Ell və Nikki Azadlıq Radiosuna müsahibəsində bildirib ki, onlar həyəcanlı olsalar da, bunu səhnədə göstərməməyə çalışıblar:

«Çünki auditoriyaya yaxşı mahnı, gözəl ifa və əla performans lazımdır».



Azərbaycan təmsilçiləri finala gedirlər


Dusseldorfda Eurovison 2011 müsabiqəsinin yarımfinalında Azərbaycan təmsilçiləri Eldar və Nigar ilk onluğa düşüblər. Siyahı aşağıdakı kimidir:
Serbiya
litva
Yunanıstan
Azərbaycan
Gürcüstan
İsveçrə
Macarıstan
Finlandiya
Rusiya
İslandiya

Müsabiqənin növbəti mərhələsi mayın 12-də olacaq.

Aysel Teymurzadənin gözləntiləri

Yarımfinal ərəfəsi Dusseldorfda Azərbaycan fanlarının sırasına Eurovision 2009 müsabiqəsinin üçüncüsü Aysel Teymurzadə də qoşulub. Müxbirlərimizin onunla ayaqüstü müsahibəsi:



Qeyri-rəsmi səsvermədə Azərbaycan birinci yarımfinalın qalibi oldu

Dusseldorfda Eurovision azarkeşlərinin təşkil etdikləri qeyri-rəsmi səsvermədə Azərbaycan birinci yarımfinalın qalibi seçilib.

Müsabiqənin mətbuat mərkəzində keçirilən səsvermədə iştirtakçı ölkələrin nümayəndə heyətinin, fan-klubların üzvləri ilə yanaşı, jurnalistlər də iştirak ediblər.

Təşkilatçılar AzadliqRadiosuna deyirlər ki, qeyri-rəsmi səsvermə son nəticəni əvvəlcədən göstərməsə də, hər halda Azərbaycanın faktiki olaraq finala çıxmasının birbaşa təsdiqi ola bilər.

Müxbirlərimizin göndərdikləri ekslüziv video xəbərlər:




Şərhləri göstər

XS
SM
MD
LG