Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:52

«Proses» çap edildi


Azərbaycanda siyasi proseslər və 2010-cu il parlament seçkilərindən bəhs edən «Proses» adlı foto-kitab nəşr olunub.

Kitab Azad Fotoreportyorlar Birliyinin təşkilatçılığı ilə nəşr edilib.

«Proses» Azərbaycanın müstəqilliyi dövründə ictimai, siyasi həyatda yaşanan hadisələri özündə birləşdirən ilk foto-kitabdır.

Kitabda Əhməd Muxtar, Abbas Atilay Turxan Kərimovun yerli və beynəlxalq mediada dərc olunan fotoları yer alıb.

Kitabın dizayn və tərtibatı Hacı Hacıyevə məxsusdur.

Foto-kitabda vətəndaş jurnalistikasına aid fotolardan da istifadə edilib.

Fotolara Azərbaycan və ingilis dillərində yazılmış altyazılarını Xədicə İsmayılova yazıb. Kitabın önsözünün müəllifi isə Məmməd Süleymanovdur.

Bu foto-kitabın nəşr xərcləri unikal formada təşkil olunub. Belə ki, maliyyə çətinliyi çəkən fotoqraflar foto- kitabın nəşri üçün sosial şəbəkələrdə «foto-kitaba öncədən sifarişvermə» kampaniyası keçiriblər. Yəni foto-kitab hələ nəşrə getmədən insanlar tərəfindən satın alınıb.

«Proses»-in təqdimat mərasimi həftənin cümə günü, 13 mayda, saat 17:00-da Azərbaycan Media Mərkəzində keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG