Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:16

BMT rəsmisi Liviyada əməliyyatlara fasilə verməyə çağırıb


BMT-nin humanitar məsələlər üzrə rəsmisi Valerie Amos Liviyada yaşanan humanitar böhranla əlaqədar bu ölkədə aparılan hərbi əməliyyatlara fasilə verməyə çağırıb.

O, BMT Təhlükəsizlik Şurasına bildirib ki, Liviyanın qərbində üsyançıların əlində olan yeganə şəhər – Misratada vəziyyət acınacaqlıdır, qida və su çatışmazlığı yaşanır.

Bununla belə, şahidlər ötən gecə NATO-nun paytaxt Tripoliyə bir neçə hava zərbəsi endirdiyini deyib. Zərbələrin hədəfi Liviya lideri Muammar Qaddafinin iqamətgahı və hökumət binaları olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG