Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:07

Misirdə ikinci nazir korrupsiyaya görə həbs olundu


Misirin keçmiş turizm naziri korrupsiyaya görə 5 il həbs cəzası alıb.

Zuheir Garranah milyonlarla dollarlıq dövlət torpağını çox aşağı qiymətə satmağa icazə verməkdə ittiham olunur.

Garranah korrupsiyaya görə, həbs olunan ikinci nazirdir. Ondan əvvəl keçmiş daxili işlər naziri Habib al-Adly 12 illiyinə azadlıqdan məhrum edilib.

Misirdə nümayişçilərin əsas tələbi prezident Pərviz Müşərrəf də daxil olmaqla, bir sıra məmurların cəzalandırılması idi.

Keçmiş president Müşərrəf fevralın 11-də devrilib və hazırda Sharm el-Sheikh-də xəstəxanadadır. Ona qarşı səlahiyyətlərindən sui-istifadəylə bağlı araşdırma aparılır.
XS
SM
MD
LG