Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:49
Mayın 10-da eks prezident Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd edilir. Milli Bankın qarşısında yerləşən Heydər Əliyev parkında gül bayramı keçirilir.

Bununla əlaqədar Bakının mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Səhər saatlarından gül bayramına baxmaq üçün gələn insanlar parka buraxılmayıblar.

Ərazidə olan polislər İlham Əliyevin parka gələcəyini, bundan sonra insanların ora buraxılacağını deyiblər.

Üzərində Heydər Əliyevin fotosu olan iki hava şarı da səmaya buraxılıb.

Bakı Şəhər İcra Hakimiyyəti artıq bir neçə ildir ki, mayın 10-da Heydər Əliyevin doğum günü ilə bağlı adıçəkilən parkda gül bayramı keçirir.

Gül Bayramına dünyanın 50 ölkəsindən 10 milyon gül gətirildiyi bildirilir.


Şərhləri göstər

XS
SM
MD
LG