Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:34

Suriya hökuməti Deraa şəhərinə girişi bağlayıb


Suriya hökuməti ölkənin cənubundakı Deraa şəhərinə girişi bağlayıb. Bu barədə BMT sözçüsü Farhan Haq məlumat verib. BMT hökumət əleyhinə aksiyaların keçirildiyi Derra və digər şəhərlərə nümayəndələrini göndərib, vəziyyəti qiymətləndirmək istəyir.

Farhan Haq bildirib ki, onlar prezident Bashar al-Assad hökuməti ilə bu məsələni dəqiqləşdiymərə çalışırlar. Çünki belə bir missiyanın keçirilməsi üçün hələ ötən həftə Suriya prezidenti BMT Baş katibi Ban Ki-moonla razılaşıb.

Bu arada Suriya qüvvələri Homs şəhərində mövqelərini gücləndirib, binaların üstündə snayperlər yerləşdirib, yüzlərlə fəalı bir araya gətirib.

Suriyada mart ayından başlanan üsyan zamanı azı 800 dinc sakinin öldüyü bildirilir.
XS
SM
MD
LG