Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:36

Astarada «Quantanamo həbsxanası», çörəyi «daşdan» çıxanlar və...


Mətbuat icmalı

Mətbuat icmalı

«ASTARA» GÖMRÜK İDARƏSİ – «QUANTANAMO HƏBSXANASI» başlıqlı məqalə «Azadlıq» qəzetində çıxıb.

Qəzet yazır ki, cənub rayonlarında Astara Gömrük Məntəqəsini «Quantanamo» həbsxanası adlandırırlar:

«Artıq bir aydır ki, İrana adlamaq istəyənlər gərək dəmir barmaqlıqlar arasından keçsin. İdarənin qarşısına hər gün toplaşıb İrana gedənlər artıq həyatlarından, yaşayış tərzlərindən beziblər. Dəmir barmaqlıqlar isə üç mərhələlidir».

Qəzet yazır ki, sərhədi keçmək istəyən adam gərək saat 6-dan idarənin qarşısında olsun və axşam saat 16-17-dən sonra tikanlı məftilləri adlaya bilər.

«Yeni Müsavat» qəzeti
yazır ki, «MÜXALİFƏT UKRAYNA MEYDANINA ETİRAZ ETMİR».

YAP sözçüsü Hüseyn Paşayev «Yeni Müsavat»a müsahibəsində bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti müxalifətə «Ukrayna» meydanını ayırsa belə müxalifət bir bəhanə tapıb orda da mitinq keçirməkdən imtina edəcək. Çünki müxalifətin əsas istəyi şəhərin mərkəzində icazəsiz aksiyaya cəhd edib qarşıdurma yaratmaq və günahı iqtidarın üstünə atmaqdır. Qəzet ««Ukrayna» meydanı ayrılsa, mitinqi orada keçirərsinizmi» sualı ilə İctimai Palata təmsilçilərinə müraciət edib.

Müsavat başqanının müavini Tofiq Yaqublu deyib ki, «İcra Hakimiyyəti «Ukrayna» meydanını təklif etsin, ondan sonra bizim cavabımız məlum olacaq. Həmin meydan mitinq keçirməyi mümkün hesab etdiyimiz ünvanlardan biridir. Əslində hakimiyyət hətta orada da mitinq keçirilməsinə imkan vermir».

İctimai Palatanın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bildirib ki, «hakimiyyət qarşıdurma yaranmasında maraqlı olmasa, «Ukrayna" meydanını da olsa təklif edərdi. Bizim hətta təkliflərimizdə göstərdiyimiz meydanların sırasında «Ukrayna» meydanı da olub».

«Bizim yol» qəzeti daş karxanaları, burada işləyən
Güzdək karxanası
adamlar haqqında «ÇÖRƏYİ DAŞDAN ÇIXANLAR» adlı məqalə yazıb.

Məqalədə deyilir ki, bu il müxtəlif daş karxanalarında 10-a yaxın ölüm hadisəsi baş verib. Hadisələrin də hamısı demək olar ki, eyni səbəbdən baş verir. Fəhlələr daşkəsən aqreqatın arasına düşüb faciəli şəkildə həyatlarını itirirlər:

«Daş karxanalarında iş həddindən artıq ağırdır. Gündə bir neçə maşına daş yükləmək, kəsilib-doğranmış daşları toplamaq böyük zəhmət tələb edir. Bundan başqa nəfəs kəsən tozanaq fəhlələrə böyük əzab verir. Ona görə də bu məkanda uzun müddət pul qazanmaq hər kəsin bacardığı iş deyil. Qoldan qüvvətli olanlar bir müddət davam gətirir, zəiflər isə atıb gedirlər… Fəhlələrin əksəriyyəti gənclərdən ibarətdir. Daş karxanalarında onları ölümlə təhdid edən daha bir təhlükə var. Ayaq altında dolaşan yüksək gərginlikli elektrik naqilləri hər an adamın həyatına son qoya bilər».

«Yeni Azərbaycan» qəzeti «HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQI ÜÇÜN ÜMUMMİLLİ LİDER, DÜNYA ÜÇÜN ÜMUMBƏŞƏRİ DƏYƏRDİR» sərlövhəli məqalə dərc edib.

«Azərbaycan tarixində Heydər Əliyev erasını yaratmış Ulu öndər haqqında danışarkən, adətən, Onu bir Ümummilli lider kimi səciyyələndiririk. Əlbəttə, bu, mübahisəsiz olaraq belədir. Amma bu zaman bizə elə gəlir ki, Heydər Əliyevin fəaliyyətini bir qədər məhdudlaşdırmış oluruq. Onun fəaliyyətinə bir qədər sırf milli kontekstdə yanaşmış oluruq. Lakin Heydər Əliyev şəxsiyyəti və Onun fəaliyyəti təkcə Azərbaycanın etno-siyasi coğrafiyası ilə bağlı deyil və Ulu öndərin bir siyasətçi kimi fəaliyyəti də Azərbaycanın etno-siyasi coğrafiyası ilə məhdudlaşmır. O, istər Sovet xalqları müstəvisində və istərsə də Şərqi Avropadan tutmuş, hətta, Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir. Ona görə də, hesab edirik ki, Ulu öndəri hörmətlə anarkən Heydər Əliyevşünasların və Heydər Əliyev sevərlərin, tədqiqatçıların araşdırmalı olduğu elmi istiqamətlərdən biri də məhz bu, olmalıdır» - «Yeni Azərbaycan» qəzeti yazır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG