Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:30

Keçmiş prezident Heydər Əliyevin 88-ci ildönümüdür


Heydər Əliyev
Heydər Əliyev
Mayın 10-da mərhum prezident Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür. Bununla əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu gün səhər saat 08.00-dan etibarən Mikayıl Müşfiq küçəsinin kəsişməsindən Parlament prospekti ilə Fəxri Xiyaban istiqamətinə ziyarət başa çatanadək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub.

Eyni zamanda bu gün Gül bayramının keçirilməsi ilə əlaqədar “Azneft” meydanı, Neftçilər prospekti və R. Behbudov küçəsi ilə Füzuli küçəsinin kəsişməsindən Bülbül prospekti də daxil olmaqla Heydər Əliyev Sarayının qarşısındakı Milli Parkda tədbir iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə bu ərazilərdə avtomobillərin parklandırılmasına icazə verilməyəcək.

Bakı Şəhər İcra Hakimiyyəti artıq bir neçə ildir ki, mayın 10-da Heydər Əliyevin doğum günündə onun abidəsinin ucaldığı parkda gül bayramı keçirir.
Mayın 10-da Heydər Əliyev Parkında, daha sonra isə Milli Parkda atəşfəşanlıq olacaq.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürsə də, səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Dekabrın 12-də Azərbaycanın keçmiş prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib.
XS
SM
MD
LG