Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:54

Şimali Ren Vestfalyada 320 min müsəlman şagird var


Almaniyanın Şimali Ren Vestfalya (NRW) əyalətində gələn ildən etibarən məktəblərdə İslam dini dərsləri veriləcək.

CNNTURK-un yazdığına görə, bu haqda həmin əyalətin təhsil naziri Silvia Löhrmann açıqlama verib. Onun sözlərinə görə, neçə illərdir bu məsələ müəllim problemi üzündən həllini tapmayıb. Lakin 2012/2013 təhsil ilində dini dərslərin tədrisinə mane qalmayıb.

Nazir bildirib ki, fevralın 22-də Almaniya Müsəlmanları Mərkəsi Şurası ilə danışıqlar nəticəsində İslamın bu əyalətin bir hissəsi olduğu qərarına gəlinib. İslam dərsləri verilməsi ilə bağlı sənəd yay tətilindən əvvəl parlamentə təhvil veriləcək.

Hazırda Şimali Ren Vestfalya əyalətində 2 milyon İslam dininin davamçısı yaşayır. Əyalətdəki 130 məktəbdə təhsil alan şagirdlərin 320 mini müsəlmandır.

Yayın sonunda diz üzrə 60 müəllimin artıq məktəblərdə işə başlayacağını deyən nazir Löhrmann dərslərin tədricən bütün məktəblərə yayılacağına əmin edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG