Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:11

Yunanıstan avro zonadan çıxmaq istəyir?


Spiegel Online

Yunanıstanın baş naziri Papandreu deyib ki, avro zonadan çıxmaq qeyri-rəsmi də olsa, Yunanıstan hökumətində heç vaxt müzakirə olunmayıb. O deyib ki, Yunanıstan avro zonadan çıxsa, tək qalacaq.

Avropa Birliyi böhran toplantısının keçirildiyini inkar edir.

Bununla belə, avronu 2 gündə 1,49 dollardan 1,43 dollara salan yazıda nə deyilirdi ki, hamı dərhal təkzib verir?!

BÖHRAN TOPLANTISI

Yunanıstandakı borc böhranı dramatik şəkil alır. Məlumatlı mənbələr «Spiegel Online»a bildiriblər ki, Afina avro zonadan çıxmağa hazırlaşır. Vahid valyuta zonasına daxil olan ölkələrin maliyyə nazirləri və Avropa komissiyasının nümayəndələri ötən cümə günü gecə Lüksemburqda gizli şəkildə təcili toplantı keçiriblər.

Yunanıstanın olduqca böyük iqtisadi problemləri var. Bu ölkədə hökumətin gördüyü tədbirlərə qarşı keçirilən gündəlik etiraz aksiyaları adi hal alıb. İndi baş nazir George Papandreou başqa çıxış yolunun olmadığını düşünür. «Spiegel Online» Almaniya hökumətindəki məlumatlı mənbədən belə bir informasiya əldə edib ki, Papandreou hökuməti avrodan çıxaraq öz ölkəsinin yeni valyutasını dövriyyəyə buraxmağa hazırlaşır.

Afinanın bu niyyətindən narahat olan Avropa komissiyası cümə günü təcili Lüksemburqda böhran toplantısı çağırıb. İclas Lüksemburq hökumətinin rəsmi görüşlər üçün istifadə etdiyi Chateau de Senningen adlı yerdə keçirilib. İclasın gündəliyində Yunanıstanın avrodan çıxması ehtimalı ilə yanaşı həm də bu ölkənin borcunun sürətlə restruklizasiyası məsələsi də olub. İclasda hansı qərarın verilməsindən asılı olmayaraq bu şübhəsiz ki, Avropanın valyuta birliyi üçün çox həyati əhəmiyyətli bir andır.

George Papandreou
ALMANLAR YUNANISTANA YARDIM EDƏCƏK


Vəziyyətin gərginliyi nəzərə alınaraq görüş məxfi olub. Burda ancaq avro zonaya daxil olan ölkələrin maliyyə nazirləri iştirak edib. Almaniyanı bu görüşdə maliyyə naziri Wolfgang Schauble təmsil edib.

Məlumatlı mənbələr «Spiegel Online»- a bildiriblər ki, Almaniyanın maliyyə naziri Yunanıstanın avro zonadan çıxmağının qarşısını almağa çalışacaq. O həmin məxfi görüşə özü ilə xüsusi material da gətiribmiş. Bu materialı onun rəhbərlik etdiyi nazirliyin ekspertləri hazırlayıb. Material Yunanıstanın avro zonadan çıxmasının hansı nəticələr doğura biləcəyi haqqında olub. Nazir nəticələrin əks olunduğu sənəd də gətiribmiş.

Həmin sənədlərdə deyilir ki, «bu, Yunanıstanın yeni valyutasının xeyli şəkildə devolivasiyasına gətirib çıxaracaq». Almaniya Maliyyə Nazirliyinin hesablamalarına görə, Yunanıstanın yeni valyutası öz dəyərinin 50 faizini itirəcək. Bu da Yunanıstanın milli borcunun fantastik dərəcədə artmasına gətirib çıxaracaq. Ölkənin milli borcu ümum daxili məhsulun 200 faizinə qədər artmış olacaq. Buna görə də borcun restrukrizasiyası qaçılmaz olacaq. Bu da Yunanıstanın müflis olması deməkdir.

YUNANISTAN AVRO ZONADAN ÇIXA BİLƏRMİ?


Hələ bilinmir ki, Yunanıstanın avro zonadan çıxması hüquqi cəhətdən mümkündür, yoxsa, yox. Hüquqşünaslar inanırlar ki, Yunanıstanın avrodan imtina etməsi onun bütünlüklə Avropa Birliyindən çıxmasına gətirə bilər. Bundan başqa, hələ bilinmir ki, avro zonaya daxil olan digər ölkələr Yunanıstanın birtərəfli şəkildə avrodan imtina etməsini qəbul edəcək, yoxsa, yox. Almaniya Maliyyə Nazirliyinin
hazırladığı həmin sənədlərdə göstərilir ki, Yunanıstanın bu addımının Avropa Birliyinə mənfi təsiri olacaq. Yunanıstan avrodan çıxan kim ölkədən kapital axını başlayacaq.

Afina avroya arxa çevirəcəyi təqdirdə, bu xüsusilə Yunanıstanda onsuz da laxlayan bank sektoruna çox ciddi mənfi təsir göstərəcək. İlk növbədə ölkənin bank sisteminin kapital bazası yox olacaq. Yunanıstan bankları ödəniş qabiliyyətini qəfildən itirəcəklər. Yunanıstandan kənarda olan banklar da bundan zərər görəcəklər.

Bundan başqa, Avropa Mərkəzi Bankına da zərərlərdən pay düşəcək. Frankfurtda yerləşən Avropa Mərkəzi Bankı son aylarda Yunanıstanın xeyli sayda dövlət istiqrazlarını almışdı. Bunun da ümumi məbləği 40 milyard avro, yəni, 58 milyard dollar məbləğində qiymətləndirilir. Nəzər alınsa ki, Avropa Mərkəzi Bankının 27 faizi Almaniyaya məxsusdur, bu o deməkdir ki, itkilərin böyük hissəsi Almaniyanın payına düşəcək. Qısası, Yunanıstanın avro zonadan çıxması avro zona ölkələrinə və onun vergi ödəyicilərinə çox baha başa gələcək.

Beynəlxalq Valyuta Fondu və Avropa Birliyinə üzv dövlətlər indiyə qədər Yunanıstana 110 milyard borc vermək barədə razılığa gəliblər. Bunun da haradasa yarısı ödənilib. Əgər ölkə ödəniş qabiliyyətini itirdiyini elan etsə, avro zona ölkələri öz tələblərinin bir hissəsindən imtina etməli olacaqlar.

Sayta hazırladı: Kəbiran Dilavərli

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG