Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:32

«Real» (Madrid) daha bir türk futbolçu transfer edib


İspaniyanın «Real» (Madrid) klubu Türkiyə millisinin üzvü Nuri Şahini heyətinə daxil edib. Buna qədər o, Almaniyanın «Borussiya» (Dortmund) komandasında oynayırdı.

«Real» klubu N. Şahinlə 6 illik müqavilə imzalayıb. Bu transfer üçün «Real» «Borussiya»ya 12 milyon avro ödəyəcək. N. Şahin isə ildə 2.5 milyon avro alacaq.

1988-ci il təvəllüdlü Nuri Şahin bu mövsüm «Borussiya»nın heyətində Almaniya çempionu olub.

Ötən il isə «Real» daha bir türk əsilli oyunçu - Məsut Özili transfer etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG