Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:53

Misir hökuməti dini zəmində zorakılıqla ən sərt şəkildə mübarizə aparacaq


Misir Ədliyyə nazirliyi xəbərdarlıq eləyib ki dini zəmində istənilən zorakılığa yol verənlər ən sərt şəkildə cəzalandırılacaqlar. Hökumət dini zəminddə istənilən zorakılığa və ibadət yerlərinə hücumlara görə ən ağır cəzalar, hətta ölüm hokum tətbiq etməyi nəzərdə tutur.

Şənbə günü Qahirədə müsəlmanlarla xristianlar arasında toqquşmada azı 12 nəfər həlak olub, 180 nəfər yaralanmışdı. Rəsmilər bildiriblər ki, olaylarla bağlı 190 nəfər həbs olunub və hərbi rtibunalda mühakimə ediləcəklər.

Məlumata görə, toqquşmalar radikal sələfilərin kilsələrdən birinə yürüşündən sonra baş verib. Həmin kilsədə yenicə islamı qəbul edən bir qadının girov kimi saxlandığı iddia olunurdu.
XS
SM
MD
LG