Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:38
İctimai Palatanın aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı barəsində cinayət işi qaldırılan Elnur İsrafilovun səhhətində problemlər yaranıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Yalçın İmanov bildirib.

E. İsrafilov ürək və böyrək ağrılarından əziyyət çəkir, əsəb problemləri var.

Y. İmanov deyir ki, E. İsrafilov həkim müayinəsindən keçib, amma hələlik həkimin rəyi ilə tanış deyillər.

E. İsrafilova Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham elan olunub. O, Bakı İstintaq Təcridxanasında saxlanır.

2 aprel aksiyası ilə əlaqədar 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG