Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:35

Talibançılarla iki günlük döyüş başa çatıb


Qəndəharda talibançılarla hökumət qüvvələri arasında baş verən iki günlük döyüş sona çatıb. Bu haqda Əfqanıstanın hakimiyyət orqanları məlumat verib.

Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, dünən gecə Qəndaharın bir sıra rayonlarındakı inzibati binalara hücum edən sonuncu yaraqlı da öldürülüb.

Döyüşlər zamanı talibançılardan 25 nəfər, hökumət qüvvələrindən isə 2 nəfər ölüb.

Qəndəhar Əfqanıstanın Talibanın fəal olduğu bölgələrindəndir.

Günün bütün mövzuları

XS
SM
MD
LG