Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:07

AZTV-nin keçmiş sədri ilə müsahibə, kəndlərin kanalizasiya problemi və...


Mətbuat icmalı
Mətbuat icmalı
«HEYDƏR ƏLİYEV İSTƏYİRDİ Kİ, HƏR TƏBRİK MƏKTUBUNU EFİRƏ VERƏK»

«Azadlıq» qəzeti şair, AzTV-nin keçmiş sədri, hazırda Türkiyədə yaşayan Məmməd İsmayılın Rusiyanın «Literaturnaya Rossiya!» qəzetinə verdiyi müsahibəni yayımlayıb. Müsahibədə M. İsmayıl AzTV rəhbərliyindən uzaqlaşma səbəblərindən danışıb:

«Əliyev istəyirdi ki, televiziya verilişlərində onu daim tərifləsinlər. Mən bunun əleyhinə idim. Hesab edirdim ki, vətənim ağır günlərini yaşayır (məsələn, Dağlıq Qarabağ problemi) və ona görə də xalqa tamamilə başqa səpgili verilişlər lazımdır. Bu səbəbdən də bir görüşümüzdə Heydər Əliyevə dedim ki, niyə Moskvada «Vremya» və «Vesti» proqramlarında Yeltsin barədə, Türkiyədə televiziya kanallarının xəbər proqramlarında prezident Süleyman Dəmirəl barədə xəbərlər beş dəqiqədən artıq sürmür? Biz hansı səbəblərə görə gündə beş saat Əliyevi tərifləyən verilişlər verdirməliyik? Amma bu cavab onu maraqlandırmırdı.

Azərbaycan Ali Sovetinin sədri vəzifəsinin icrasına başladıqdan sonra Əliyev istəyirdi ki, dünyanın müxtəlif ölkələrindən ona göndərilən eyni məzmunlu təbrik teleqramlarının hamısını bir-bir televiziyada elan edək. Mən bundan da imtina etdim.

Onda Əliyev mənə dedi ki, istefa etsən, başqa vəzifə üzü görməyəcəksən. Təxminən 3 il işsiz qaldım. Ətrafımda elə bir ölü sükunət divarı hördülər ki, sanki heç M. İsmayıl adlı şair yerli-dibli mövcud olmayıb».

MİNAAXTARANLAR HEÇ YERƏ TƏLƏSMİR

«Yeni Müsavat» qəzeti Azərbaycan minaaxtaranlarından yazı hazırlayıb. ANAMA-nın baş mütəxəssisi Adil Aslanov müxbirlə söhbətində bunları deyib:

«Heç də hər istəyən şəxs minaaxtaran ola bilməz. Ancaq 40 yaşına qədər hərbi xidməti keçmiş,
Minaaxtaranlar
fiziki və əqli cəhətdən normal, cinayət məsuliyyətinə cəlb edilməmiş insanlar bu iş üçün yararlı sayılır:

«Bir minaaxtaranın iş saatı 7.5 saatdır. Onlara hər 15 və 45 dəqiqədən bir fasilə verilir .Yayda səhər saat 6-da işə başlayıb, saat 2-də qurtarırıq. Hava çox isti olanda isə iş saat 12-də yekunlaşır. Həftə ərzində iş saatı 38-40 saatdır. Bu, hərbdə olduğu kimi yox, norma iş qrafikidir. Minaaxtaranlar 99.6 faiz sığortalanır. Bizim standart prosedurumuz var ki, ona əməl edəni təhlükə gözləmir. Ehtiyatlı olmaq lazımdır, hərbçilərdən fərqli olaraq, bizi heç kim tələsdirmir. Hər bir insanla iş başlamadan öncə təhlükəsizliklə bağlı brifinqlər verirlər. Nəyi etmək olar, nəyi yox. 5-6 minaaxtaran üzərində bölmə rəhbəri olur. Kimsə yanlışlıq edirsə, saxlanır, təlimatlandırılır».

«KƏNDLƏRDƏ KANALİZASİYA DA QURULMALIDIR»

«Azərbaycan» qəzeti
İlham Əliyevin rayonlara son səfərindən yazır.

Aran Qarabağda keçirdiyi müşavirədə prezident deyib ki, kənd təsərrüfatı Azərbaycan üçün prioritet sahədir:

«Biz kənd təsərrüfatının inkişafı hesabına həm işsizliyin aradan qaldırılmasına nail olacağıq, həm yerli istehsalın inkişafını təmin edəcəyik və həm də ölkə iqtisadiyyatı daha da dayanıqlı olacaq. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin təxminən 50 faizi kəndlərdə yaşayır, bu, böyük sosial məsələdir. Ona görə, növbəti illərdə, əlbəttə ki, dövlət investisiya proqramında bütün bu məsələlər nəzərdə tutulacaq...

İndi qazlaşdırma prosesi gedir. Elektrik enerjisi ilə təchizat, demək olar ki, öz həllini tapmışdır.

İçməli su və kanalizasiya problemləri ənənəvi olaraq bizi, necə deyərlər, həmişə incidir, üzür. Çünki kanalizasiya xətlərinin olmaması, içməli suyun lazımi səviyyədə verilməməsi xüsusilə kənd yerlərində ən ciddi problemdir. Bu məsələnin həlli üçün ölkə miqyasında konkret proqramlar icra edilir. Çalışacağıq ki, 2013-cü ilin sonuna qədər bu məsələ də tam şəkildə öz həllini tapsın».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG