Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:15

Tunisdə etiraz aksiyaları davam edir


Polis gözyaşardıcı qazdan istifadə edib

Polis gözyaşardıcı qazdan istifadə edib

Mayın 8-də Tunis paytaxtında polis hökumət əleyhinə etiraz aksiyası keçirənlərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Müvəqqəti hökumət əleyhinə etirazlar keçən həftənin ortalarından başlayıb. Mayın 7-dən paytaxtda komendant saatı tətbiq olunur.

Tunisin müvəqqəti hökumətinin başçısı Beci Kaid Sebsi (Beji Kaid Sebsi) bildirib ki, Konstitusiya Şurasına iyulun 24-ə təyin olunmuş seçkilər təxirə salına bilər. O, bunu texniki səbəblərlə izah edib.

Bu ilin yanvarında Tunisdə «Jasmin inqilabı» olub. Əhali sosial şəraitdən, korrupsiya və işsizlikdən narazıdır.

Yanvarın 14-də prezident Ben Əli (Zine al-Abidine Ben Ali) Səudiyyə Ərəbistanına qaçıb.

ƏRƏB DOMİNOSU BARƏDƏ BÜTÜN YAZILARI BURADA OXU
XS
SM
MD
LG