Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:36

Suriyada daha bir şəhərə qoşun yeridilib


Bazar günü axşam Suriyanın Homs şəhərinə hökumət qoşunları yeridilib. Şahidlərin sözlərinə görə, şəhərin küçələrində hərbi texnika var. Atəş səsləri eşidilir. Elektrik, telefon rabitəsində problemlər yaranıb.

Suriyanın rəsmi xəbər agentliyi Homs şəhərində silahlı qrupun avtobusa hücum etdiyini bildirir. Həmin hücum nəticəsində 10 nəfərin öldüyü xəbər verilir.

Suriya hökuməti onu da bildirib ki, son həftələr hökumət əleyhinə keçirilmiş etiraz aksiyasında adamların öldürülməsinə görə məsuliyyət yaraqlıların üstünə düşür.

Hüquq müdafiəçiləri isə bildirir ki, hökumət qoşunları Homs şəhərinə etiraz aksiyalarının yatırılması üçün yeridilib. Ölənlər arasında 12 yaşlı oğlanın olduğu bildirilir.
Baniyas və Deraa şəhərlərində müxalifət tərəfdarlarının həbsləri davam edir.

Hüquq müdafiəçilərinin məlumatına görə, son 7 həftə ərzində prezident Bashar Asad əleyhinə keçirilən etiraz aksiyalarında 800-ə yaxın adam həlak olub.
XS
SM
MD
LG