Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:38

Faşizm üzərində qələbənin 66 illiyi qeyd olunur


Bu gün keçmiş SSRİ ölkələrində II Dünya Müharibəsində faşizm üzərində qələbənin 66-cı ildönümü qeyd olunur.

Moskvadakı Qızıl Meydanda 20 min hərbçinin və texnikanın iştirakı ilə hərbi parad keçiriləcək. Rusiya paytaxtında keçiriləcək bayram tədbirində 3 milyona yaxın adamın iştirak edəcəyi gözlənilir. Kremldə isə Rusiya prezidenti Dmitri Medvedyev müharibə veteranlarının təntənəli qəbulunu keçirəcək.

Qələbə günü Azərbaycanda da rəsmi bayram kimi qeyd olunur. II Dünya Müharibəsində Azərbaycandan 700 minə qədər şəxs iştirak edib.

130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min nəfər SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG