Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:05

Bakıda qələbə günü - Faşizm üzərində qələbədən 66 il keçir


Veteranların sevinc günü - 9 may qeyd edilir
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00
Direct-ə keçid

Faşizm üzərində qələbənin yadigarları - veteranlar mayın 9-da zəfərlərini bayram ediblər. Ülkər Akifqızı və Maarif Çingizoğlunun bayramdan çəkdikləri.

Mayın 9-u Sovet ordusu və müttəfiq dövlətlərin faşist Almaniyası üzərində qələbəsindən 66 il keçir.

Hitler Almaniyasının hərbi rəhbərliyi 1945-ci il mayın 8-də təslim olmaq haqqında saziş imzalayıb.

1941-1945-ci illərdə Azərbaycanın 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib, onlardan təqribən yarısı döyüşlərdə həlak olub.

130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Həmin illərdə Bakı cəbhəyə 75 milyon ton neft yanacağı göndərib, benzin və sürtgü yağlarına olan tələbatın 75-90%-ni ödəyib.

May 9-u Azərbaycanda da Qələbə Günü kimi qeyd olunur və rəsmi iş günü deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG