Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:35

Azərbaycanın millət vəkili BMT-nin baş katibilə görüşüb


Azərbaycan millət vəkili Qənirə Paşayeva İstanbulda keçirilən Ümundünya Qadın Sammiti çərçivəsind BMT-nin Baş katibi Pan Ki Munla görüşüb.

Bu barədə APA agentliyi xəbər verir.

Görüşdə Qənirə Paşayeva BMT-nin baş katibinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırım və minlərlə azərbaycanlını qətlə yetirməsindən danışıb.

O, Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşa və işğal altında olan digər Azərbaycan torpaqlarındakı tarixi-mədəni, dini abidələrin, qəbiristanlıqların məhv etməsindən danışıb, bununla bağlı Pan Ki Muna kitablar və materiallar təqdim edib.

Millət vəkili bildirib ki, Azərbaycan BMT-nin təhlükəsizlik şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini gözləyir.
XS
SM
MD
LG