Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:26

Bəhreyndə 21 müxalifətçi məhkəməyə cəlb olunacaq


Bəhreyndə 21 siyasi fəala qarşı cevrilişə cəhdlə bağlı rəsmi ittiham irəli sürülüb.

7 tanınmış şiə xadimi də daxil olmaqla, onlardan 14-ü barəsində həbs qətimkan tədbiri seçilib.

İşə dövlət təhlükəsizliyi məsələlərilə bağlı xüsusi məhkəmə baxır.

Bu ilin fevralından bu yana Bəhreyndə polislə nümayişçilər arasında baş vermiş toqquşmalarda 30-dan çox adam ölüb.

Müxalifət ölkədə siyasi islahatlar aparılmasını tələb edir.

Əhalisinin çoxu şiələr olan Bəhreyni sünni azlığı idarə edir.
XS
SM
MD
LG