Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:26
Vəkil Anar Qasımov Sumqayıt polis idarəsinin rəis müavinindən şikayətçi olub. O, AzadlıqRadiosuna bildirib ki, rəis müavini Azər Cahangirov gənc fəal Cabbar Savalanlının məhkəməsindən sonra onu hədələməsi ilə bağlı Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və Vəkillər Kollegiyasına artıq müraciət göndərib.

Mayın 4-də Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini, Cinayət-axtarış şöbəsinin rəisi Azər Cahangirov məhkəmənin həyətində jurnalistlərin gözü qarşısında vəkil Anar Qasımovu hədələyib.

Cabbar Savalanın həbsinə gənclərin etiraz etməsində onu günahlandırıb: «Bunları sən təşkil etmisən, sən dövlətçilik əleyhinə işləyirsən, barəndə kompromatlarımız da hazırdır».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə AzadlıqRadiosuna bildirib ki, vəkilə vətəndaşların ərizə və şikayətlərinə baxılma qaydalarına müvafiq cavab veriləcək.

Vəkil Anar Qasımov onu da əlavə edib ki, onlar Cabbar Savalanlının həbsindən apelyasiya şikayətini hazırlayıblar: «Biz artıq hökmü aldıq. Burda qanunsuzluq baş verib. CM-nin 60-cı maddəsinə görə, əgər işdə ağırlaşdırıcı hal yoxdursa, təqsirləndirilən şəxsə nəzərdə tutulan 3 illik cəza müddətinin 3/4-dən artıq cəza verilə bilməz. Yəni Cabbar Savalanlıya ən uzağı 2 il 3 ay verilə bilərdi, ona isə 2 il 6 aylıq azadlıqdan məhrumetmə cəzası verilib. Biz bu məsələni də apelyasiyaya salmışıq».

AXCP üzvü Cabbar Savalanlı narkotik maddə saxlama ittihamı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Yaxınları onun siyasi fəallığına görə həbs edildiyini bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG