Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:22

«Prezident korrupsiya ilə mübarizədə görüntü yaratmaq istəmir»


İsrail Musayev

İsrail Musayev

«Panorama» verilişində suallara «Alma» qəzetinin baş redaktoru İsrail Musayev və «Xalq qəzeti»nin redaktor müavini Tahir Aydınoğlu cavab verir.

İsrail Musayev:

«PREZİDENT EHTİYATLANIR Kİ...»

- Əslində, korrupsiyaya ilə mübarizənin ilk aylarında o, heç bəzi sahələrə gedib çatmamışdı. Məsələn, gömrüyə. Düzdür, bu sahədə qanunvericiliyə bəzi dəyişiklik oldu. Ancaq maşınların gömrük qeydiyyatında rüşvət qalırdı. Yenə də bəzi mallara gömrükdə monopoliya qoyulurdu.

Mənə elə gəlir ki, prezident korrupsiyaya qarşı mübarizədə görüntü yaratmaq istəmir. Ən azı, mən buna inanmaq istəyirəm. Fikrimcə, sadəcə, prezident bunu bacarmır, ehtiyat edir.

Qayıdaq referenduma. Referendum keçirildi və prezident həmişəlik namizədliyini vermək imkanı qazandı.

YAP ölkənin ən mütəşəkkil siyasi qüvvəsidir. Bu referendum olmasaydı, YAP-da, hakim siyasi komandada çat yaranacaqdı. Çünki kimlərsə ortalığa çıxa bilərdi. Bu referendumla həmin çatın qarşısı alındı. İndi prezident ciddi şəklidə həmin korrupsioner sistemin üstünə getsə, yenidən orada çat əmələ gələcək. Prezident bundan ehtiyatlanır.

Siz məndən soruşmadınız ki, bu sistemin gücü nədir? Bu sistemin gücü pula hərislikdir.

- Siz prezidenti bu komandadan ayırırsınız?

- Bu mürəkkəb sualdır. Əlbəttə, Dubay villalarından danışılırsa, onları ayırmaq çətin məsəlidir. Ancaq mən ən azından ümid edirəm, onları ayırmağa çalışıram.

Tahir Aydınoğlu:


«XALQ BU MƏSƏLƏDƏ PREZİDENTİN TƏRƏFİNDƏ OLACAQSA...»

- Şübhəsiz ki, hamının istədiyi sabitlikdir. Sabitlik də həmrəylikdən keçir. Azərbaycanda passiv bir həmrəylik var. Passiv bir həmrəylik cəmiyyəti irəli apara bilməz. Qaldı korrupsiyaya qarşı mübarizənin belə aparılmasına, yəqin sizdə şahidsiz.

Tahir Aydınoğlu
- Şübhəsiz ki, hamının istədiyi sabitlikdir. Sabitlik də həmrəylikdən keçir. Azərbaycanda passiv bir həmrəylik var. Passiv bir həmrəylik cəmiyyəti irəli apara bilməz. Qaldı korrupsiyaya qarşı mübarizənin belə aparılmasına, yəqin sizdə şahidsiz. Kimsə indi həkimdən qayıdır, deyir ki, əşi həkim məndən rüşvət almadı. Ancaq özümə də yaxşı baxmadı.

Sovetlər dönəmində də belə bir gerçəklik yaranmışdı. Biz ona durğunluq deyirdik. Ölkənin büdcəsi silahlanmaya gedirdi, ancaq xalqın maaşları artırılmırdı. Siyasi büro insanların bir-birindən qazanmasına göz yumurdu. Həkimə normal məvacib vermədən onu qorxutmaq olmaz ki, sən xəstədən pul alsan, məsuliyyətə cəlb edilə bilərsən.

İslahatlar aparılmalıdır. Cərimələr çox yüksəkdir. Bu halda sürücü ilə müfəttiş cərimənin yarısına anlaşmaq istəyəcək. Cərimələr az olsa, kimsə heç müfəttişlə anlaşmaq istəməz. Kənddə aqrar islahat getdi. İndi mənim atam da, qardaşım da torpaqdan daha çox qazanc götürür. Ancaq böyük özəlləşdirmədən divident alacağıma inanmamışam. Bax, bu məsələlər açıq ortalığa qoyulmalıdır. Xalq bu məsələdə prezidentin tərəfində olacaqsa, bu islahatlar yeriyəcək. Əks halda prezident də, hakim partiya da başqa vasitələr axtarmalı olacaqlar».

Şərhləri göstər

XS
SM
MD
LG