Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:16

"Gürcüstanın Azərbaycanda iğtişaşlar salmaq planı barədə məlumatlar təxribatdır"


Gürcüstan hökumətinin Azərbaycanda iğtişaşlar törətmək planı barədə xəbərlər təxribatçı qrupların işidir və məqsəd iki ölkə arasında münasibətləri korlamaqdır”.

ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Gürcüstan hökumətinin ABŞ-ın Bakıdakı səfirliyi ilə birlikdə Azərbaycanda iğtişaşlar törətmək cəhdləri ilə bağlı mətbuatda gedən yazılara münasibət bildirərkən deyib.

O, Azərbaycanın Gürcüstanla birlikdə yaratdığı strateji müttəfiqlik münasibətlərinin şərq-qərb münasibətlərində sözün əsl mənasında bir geostrateji faktor olduğunu və bu cür münasibətlərin davam etdiriləcəyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG