Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:36
Daxili İşlər naziri Ramil Usubov martın 15-dən başlayaraq rayonlarda vətəndaşların qəbulunu keçirir.

Mayın 7-də nazir Gəncə şəhər Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy və Qazax rayonlarının bir qrup sakinini qəbul edib.

Nazirliyin mətbuat xidmətinin məlumatında deyilir ki, qəbul edilən 33 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həll edilib.

General-polkovnik Ramil Usubov qalan ərizə və şikayətlərin də mövcud qanunvericilik çərçivəsində obyektiv şəkildə araşdırılacağını və konkret tədbirlər görüləcəyini bildirib.

Nazirlə görüşənlərdən biri də həbsdəki gənc fəal Bəxtiyar Hacıyevin atası olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG