Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:08

Bakıda diplomatlar üçün intellektual oyun keçiriləcək


Xarici İşlər Nazirliyi

Xarici İşlər Nazirliyi

Mayın 9-da Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə diplomatik xidmət orqanları əməkdaşları üçün birinci «Breyn Rinq» intellektual oyunu təşkil olunacaq.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Oyunun keçirilməsində məqsəd diplomatların asudə vaxtlarının səmərəli təşkili və intellektual biliklərinin inkişaf etdirilməsidir.

Oyun komanda formatında (4 nəfərdən ibarət) 3 mərhələdə (1/4, 1/2 və final) və olimpiya sistemi ilə keçiriləcək. Oyun XİN-nin müvafiq idarələrinin əməkdaşlarından ibarət olan Təşkilat Komitəsi tərəfindən (Anar Mütəllimov, Natiq Baxışov, Emil Səfərov, Yalçın Rəfiyev) keçirilir. Oyunun aparıcısı N.Baxışov, hakimlər A.Mütəllimov, E.Səfərov, Y.Rəfiyevdir.

Yarışda 8 komanda iştirak edəcək. Qaliblər kubok və XİN rəhbərliyi tərəfindən imzalanmış diplomla mükafatlandırılacaq.

Oyun mayın 9-u saat 12:00-dan 15:00-dək Şahmat Klubunda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG