Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:25

Suriya hakimiyyəti Baniyas şəhərinə ordu yeridib


Suriya hakimiyyəti ötən gecə Baniyas şəhərinə ordu və tanklar yeridib.

Bu şəhər hökumət əleyhinə etirazların əsas ocaqlarından biridir.

Hüquq müdafiəçilərinin sözlərinə görə şəhərə 3 istiqamətdən ordu yeridilib.

Şəhərin cənub rayonlarında elektrik enerjisi və kommunikasiya kəsilib.

Dünən Suriyanın şəhərlərində təhlükəsizlik qüvvələrilə nümayişçilər arasında toqquşmalar olduğu və azı 26 nəfərin öldürüldüyü xəbər verilir.

Ağ ev cümə günü xəbərdarlıq edib ki, əgər Suriya rəhbərliyi nümayişçilərin təqib olunması və öldürülməsini dayandırmasa Birləşmiş Ştatlarla onun müttəfiqləri Suriyaya qarşı ələvə tədbirlər görəcəklər.

Martın ortalarından bu yana Suriyada gedən toqquşmalarda 580-dən çox adam öldürülüb.
XS
SM
MD
LG