Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:32

Milli Məclisdə qalmaqal, mitinq yerinin qazılması və...


Mətbuat icmalı
Mətbuat icmalı
PARLAMENTDƏ «DONQİLİ» SÖHBƏTİ

«Azadlıq» qəzeti yazır ki, parlamentin mayın 6-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyevlə həmkarı, Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev arasında qalmaqal yaranıb. Q. Həsənquliyev Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının işlənməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı R. Abdullayevin ünvanına sərt ifadələr səsləndirib:

«Layihəyə əsasən, Dövlət Neft Şirkəti, «UGE-Lanser PTI» və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında saziş imzalanır. Q. Həsənquliyev deyib ki, sənəddə adıkeçən «UGE-Lanser» şirkəti haqqında heç bir məlumat tapa bilməyib:

«Maraq üçün internetdə axtarış verdim, amma heç bir məlumat çıxmadı. Azərbaycanda əlinə bir dəfə mikrofon alan müğənninin də saytı var, amma bu boyda şirkətin yoxdur. Xahiş edərdim ki, jurnalistlər də bunu araşdırsın».

Deputat bildirib ki, vaxtilə Pənah Hüseyn də Dubayda qeydiyyatda olan «Bahar energy» adlı şirkət haqda araşdırma aparmışdı. Məlum olmuşdu ki, belə bir hüquqi şəxs yoxdur:

«Naxçıvanda belə saxta şeyləri «donqili» adlandırırlar. Pənah bəy o vaxt o şirkətin «donqili» olduğunu demişdi. Məndə belə şübhələr var ki, bu şirkət də «donqili» - saxta şirkətdir...».

«MÜXALİFƏTƏ MİTİNQLƏR ÜÇÜN AYRILAN YERDƏ QAZINTI İŞLƏRİ BAŞLAYIB»


«Yeni Müsavat» qəzeti müxalifətin son aksiyaları üçün şəhər rəhbərliyinin ayırdığı Bibiheybətdəki 6 saylı Peşə Məktəbinin təlim meydançasından reportaj hazırlayıb. Əraziyə İctimai Palatanın Koordinasiya Şurasının üzvləri - Mehriban Vəzir və Vidadi Mirkamal da gedib. Yazı müəllifi qeyd edir:

«Dolanbac, dağılmış yollarla gedib peşə məktəbini tapdıq. Öncə yollardan başlayaq. Müxalifət elan etsə ki, o meydanda mitinq keçiriləcək, əksər adamlar nəqliyyat problemi üzündən, şəxsi avtomobili olanlar isə maşınını dağıtmamaq üçün ora gedib çıxa bilməyəcək, yaxud da ərazini
Bibiheybətdəki 6 saylı Peşə Məktəbinin təlim meydançası
tapmayacaqlar.

Meydançanın birbaşa girişini tapmaq müşkül olduğundan ora peşə məktəbinin əsas qapısından girmək məcburiyyəti yaranır. Girişə baxan hüquqşünas V.Mirkamal dedi ki, eyni vaxtda 500 adam mitinqə gəlsə, onlar həmin kiçik qapıdan keçmək üçün növbəyə düzüləcəklər. Burada basabas yaranması, yaxud hansısa bir təxribatçının işə keçməsi üçün münbit şərait yaranacağı şübhəsizdir...

Meydançaya daxil olduqda gördük ki... ekskavatorlar burada nəsə qazır! V.Mirkamal «deyəsən iqtidar buranı da vermək istəmir» deyə replika atdı. Bəlli oldu ki, meydançanın arxa tərəfində - qazılan ərazidə jurnalistlər üçün nəzərdə tutulan binanın təməli qoyulur. Ərazidə mazut iyindən baş çatlayırdı. Çünki 500 metr aralıda işləyən neft buruqlarının fəaliyyəti nəticəsində ərazi tamamilə mazutla çirklənib...».

«ADNA-DA AZƏRBAYCAN XALQININ BÖYÜK OĞLUNUN BARELYEFİNİN AÇILIŞI OLUB»

«Yeni Azərbaycan» qəzeti yazır ki, Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində Azərbaycan Dövlət Neft Akademiyasında onun barelyefinin açılışı olub:

«Yeni Azərbaycan Partiyası sədrinin müavini-İcra katibi Əli Əhmədov qeyd edib ki, ulu öndərin doğum gününün qeyd edilməsi Azərbaycan xalqı üçün əsl bayrama çevrilib. Ulu öndərin neft strategiyası Azərbaycanın müstəqilliyinə, onun dünyada rolunun və nüfuzunun daha da artmasına xidmət edir. Məhz bu səbəbdən o, qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaq...».

50 NƏFƏRLİK «VETERANLAR» KLUBU

«Bizim Yol» qəzeti Milli Parkda yerləşən «Veteranlar» klubundan yazıb. Ağsaqqallar bildiriblər ki, köhnə klubun şəraiti yaxşı olmadığından Milli Parkın rəhbərliyi onu söküb. Prezidentə müraciətdən sonra onları yeni klubla təmin ediblər. Ancaq klubda yerlər məhdud olduğundan 150 veterandan cəmi 50-nin adı park rəhbərliyinə verilib:

«Ağsaqqallar Şurasının qərarı belə oldu ki, kluba 50 nəfərdən başqa veteran buraxılmasın. Həmin 50 nəfərin adları da klubun qarşısında vurulmuş siyahıda yazılıb...Klubun üzvləri var ki, 1500 manat təqaüd alırlar, burada təqaüddə olan yüksək rütbəli zabitlər, keçmiş nazir müavinləri, həbsxana rəisləri də var...».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG