Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:27

İlham Əliyev Qarabağ iqtisadi zonasıyla bağlı müşavirə keçirib


APA-nın verdiyi məlumata görə, prezident ötən illərdə Azərbaycan iqtisadiyyatının və respublikanın bütün regionlarının uğurla inkişaf etdiyini deyib, və regionlarda həyata keçirilən layihələrdən danışıb.

Prezident İlham Əliyev inhisarçılığın, qeyri-sağlam rəqabətin, süni qiymət artımının qarşısının alınması və yerli bazarın keyfiyyətli məhsullarla təminatı üçün ardıcıl tədbirlər görüldüyünü qeyd edib.

Prezident İlham Əliyev növbəti ildən başlayaraq güzəştli kreditlərin həcminin, həmçinin, ayrılan kreditlərin məbləği ilə bağlı limitin artırılmasının məqsədəuyğunluğunu vurğulayıb. Kənd təsərrüfatının inkişafının dövlətin başlıca prioritetlərindən biri olduğunu deyən dövlət başçısı regionlarda aqrar-sənaye kompleksinin köklü şəkildə inkişafı, infrastruktur və sosial yönümlü tədbirlərin daha da genişləndirilməsi ilə bağlı tapşırıqlarını verib.
XS
SM
MD
LG