Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:13

Suriyada daha 21 etirazçı öldürüldü, Avropa Birliyi isə sanksiyaları razılaşdırdı


Avropa Birliyi Suriyaya sankyilar qoyur. Mayın 6-da Brüsseldə əldə edilən razılaşmaya görə, Avropa Birliyi ölkələri Suriyaya silah satışının qarşısını almaq, bu ölkəyə aid hesabları dondurmaq və 13 rəsmiyə viza qadağa qoymaq qərarına gəlib.

27 ölkə başçısının təsdiqləməsindən sonra sanksiyalar qüvvəyə minəcək. Gələn həfdtədən tətbiq edilməsi nəzərdə tutulan sanksiyalar prezidetn Bashar al-Assada aid olunmayacaq.

Mayın 6-da bütün Suriyada minlərlə adam Cümə namazından sonra yenidən hökumət əleyhinə etirazlara çıxıb.

Şahidlərin məlumatlarına görə, yüzlərlə adam təhlükəsizlik qüvvələri və ordunun təqiblərinə baxmayaraq, “İstefa” tələbiylə paytaxt Dəməşqin mərkəzində yürüş keçiriblər. Dəməşqdə, Homs və Hama-da etirazçılara atəş açılıb. Ümumilikdə 21 nəfər həlak olub.

Suriya hökuməti hələ həftənin əvvəlindən cümə gününə planlanan etirazların qarşısını almaq üçün iri şəhər və qəsəbələrdə təhlükəsizlik qüvvələrini yeridib, həbslərə başlamışdı.

Bu gün həbslər davam edib, müxalifət liderlərindən Riad Seif və Dəməşqin dini lideri həbs olunub.

Mart ayında hökumət əleyhinə etirazlar başlayandan bu yana 560 etirazçı öldürülüb. Etirazçıların hakimiyyəti atasından təhvil alan Prezident Bashar al-Assadin hstefasını tələb edir.
***
XS
SM
MD
LG