Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:21

Adamları bədbəxt edən xoşbəxtlikdir


Ərşad MƏHƏRRƏMLİ


Yaxşı ki biz ayrı düşdük
Tanışlardan, doğmalardan
Qalmadı day bir şeyimiz
Qorumağa itirməkdən
Qorumağa adamlardan.
Yaxşı oldu ayrı düşdük
Xoşbəxtlikdən bir dəfəlik
Ən yaxşısı bədbəxtlikdir
Dərd çəkmirsən itirərsən
Adamları bədbəxt edən
xoşbəxtlikdir.
Min şükür ki, xoşbəxt olmaq istəmədik
Və olmadıq
Sonra onu itirməyin
ağrısı var
acısı var...
İndi daha itirməyə bir şeyimiz yoxdu bizim
Nə vardısa örümüzün ilk əvvəli itirdik
İndi artıq biz xoşbəxtik...


***

Darıxır göyün üzü
Bu gecə yağmır yağış.
Baxıram göyüzünə
Ulduzlar yenə tanış
...ayda dünən ki, aydı
Məndə həməşəkiyəm.
Yer-göy mənə doğmadı
Mən hamıya ögeyəm.
Işıqlarda sönəcək
Açılan kimi səhər
Ayda çıxıb gedecek
Mən və bu qədim şəhər
...yenə yalqız qalacaq
Səhərdən axşamadək...


***

Nə saçımı oxşa
Nə gözümə bax
Nədə əlvida de...
Susaraq get!
Bəlkəç bir ümid yeri qala


***


Müəllimim Ağalar Məmmədova

Nə yaxşı ki,
hər şey istədiyim kimi olmur
yoxsa kim olduğumu
anlamazdım, əsla.
yox olardım
yoxluğumdan xəbərsiz...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG