Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:48

Suriyada minlərlə adam küçələrə çıxıb


Mayın 6-da bütün Suriya boyu minlərlə adam Cümə namazından sonra hökumət əleyhinə etirazlara çıxıb. Şahidlərin məlumatlarına görə, yüzlərlə adam təhlükəsizli kqüvvələri və ordunun təqiblərinə baxmayaraq, “İstefa” tələbiylə paytaxt Dəməşqin mərkəızində yürüş keçiriblər.

Sahildəki Banias şəhərində 5 minə yaxın adam istefa tələbiylə küçələrə çıxıb. Məlumatlara görə Suriyanın Şərqində isə kürdlər etiraz aksiyaları kçeirir.

Suriya hökuməti hələ həftənin əvvəlindən cümə gününə planlanan etirazların qarşısını almaq üçün iri şəhər və qəsəbələrdə təhlükəsizlik qüvvələrini yeridib, həbslərə başlamışdı. Təkcə Dəməşq yaxınlığındakı Saqaba-da bir gün əvvəldən 200 nəfər həbs edilib.

Suriya ordusu həmçinin dünəndən Deraa şəhərini tərk etdiklərini bildirib. Amma yerli sakinlər deyir ki, burda hələ də əsgərlər və tankalr var.

Mart ayında hökumət əleyhinə etirazlar başlayandan bu yana 560 etirazçı öldürülüb. Etirazçıların hakimiyyəti atasından təhvil alan Prezident Bashar al-Assadin hstefasını tələb edir.
XS
SM
MD
LG