Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:54
Natella Osmanlı ilk qadın yazardır ki, əsəri ("Я дрянь” (“Mən zibiləm”) povesti) Milli Kitab Mükafatının qısa siyahısına düşüb.


- MKM-ə niyə müraciət etdiniz? Siz ilk dəfədir ədəbiyyat müsabiqəsində iştirak edirsiniz?

- Yox, ilk dəfə deyil. Mən rus müsabiqələrinə müraciət edirdim. Adım Moskvada 2010-cu ildə SEIP fondu tərəfindən dərc olunan və Rusiya Federasiyasının Nəşriyyat üzrə Federal Agentliyinin dəstəyi ilə nəşr olunan rus dilində ən yaxşı nəsr əsərləri kataloquna daxil edilib. Ötən il “NOS”a - M.Proxorov müsabiqəsinə müraciət edim. Nə uzun, nə də qısa siyahıya düşdüm. Mən müsabiqələrə qatılanda fikirləşmirəm qalib olacam, yoxsa yox. MKM-a da o fikirlə qatılmışdım. Düşünürəm ki, mən sadəcə təkəbbürlüyəm. “Mən zibiləm” povestini yazan kimi MKM-ə göndərdim.

- Natella Osmanlı özü haqqında nələr deyə bilər? Yazıçılıqla yanaşı daha nə ilə məşğul olursunuz?

- Mən marketinqlə məşğulam. Kreativliyi reklama verirəm. Prinsipcə, qazanmaq üçün yaxşıca vasitədir. Axı mən hələ ki, yazıçılıqdan pul çıxara bilmirəm.

- Sizin dərc olunmuş əsərləriniz var?

- Əlbəttə, ilk “Qadın baxışıyla” adlı seçilmiş əsərlərim (“ElfIPR” nəşriyyatı) 2004-cü ildə nəşr olunub. Sonra “Bakı və ətrafı” seçilmiş əsərlərdə “Şpanka” və “Lollipop” adlı psixodelik trilogiya “Əli və Nino” nəşriyyat evində işıq üzü görüb. Payızda daha bir “seçilmiş əsərlər”i bitirməyi planlaşdırıram.

- Siz yazdıqlarınızın hansı janrda olduğunu necə müəyyənləşdirirsiniz?


- Heç müəyyənləşdirmirəm də. Mən özümü hər şeydə sınaqdan keçirirəm - bu, ezoterisizm də ola bilər, məhəbbət haqqında sentimental nəsr də, “tarantinoçuluq” və bir az qrotesk üslub da...

- Qadın olmaq çətindirmi, üstəlik də Azərbaycanda?

- Yox! Qadın olmaq əladır! Mənə elə gəlir hər yerdə belədir, Azərbaycanda isə... Bilirsiniz, bizim cəmiyyət həyat tərzi seqmentləri üzrə tamamilə bir-birinə ziddir - kimisi toya qədər qızın ayaqlarını təmizləməsini əxlaqsızlıq hesab edir, kimisi siqaret çəkməni daha tez təslim olma və seksual münasibətlərin son dərəcə qarışıq olması kimi görür.

Bu zaman kimin kimlə olduğunu və niyə olduğunu anlamırsan. Başa düşə bilmirsən ki, yüksək doza altında anaşa və ya başqa uyuşturucu qəbul etməklə bu kef nə üçündür? Məhz buna görə bu cür “parlaq” qadın cəmiyyətində həyat qadının seçdiyi kimi gedəcək. Ərini pressləyir - bu, onun seçimidir. İstəsə onu rədd edəcək, istəməsə göyərmiş yerlərini kremlə tonlaşdıracaq. İstəsə təhsil alacaq. Qulluqçuluqdan menecer vəzifəsinə qədər yüksələ bilər. Ümumiyyətlə, onların resepti yoxdur.

- Sizin üçün 20-yə, sonra da 10-ğa düşmək gözlənilməz olmadı?

- Əlbəttə. Sizə demədimmi ki, mən sadəcə özündən razı halda əsərləri göndərirəm?! Bu, o demək deyil ki, mən çox məğruram. Mən də istəyərdim ki, qalib gəlim və əlimə mikrofon alaraq ailəmə və məktəb müəllimlərimə minnətdarlıq edim. Sadəcə, gözləmirdim. Xoşuma gəldi.

- Siz MKM-in "short-list"inə düşən ilk qadın yazıçısınız. Sizcə, niyə qadın yazarların sayı bu qədər azdır?


- Mənə elə gəlir ki, az deyil. Potensial yazarlar çoxdur, sadəcə qadınlar kişilərdən fərqli olaraq danışmağa daha çox həvəslidirlər. Əksər halda özləri haqda. Qazmırlar - çıxarırlar. Dərhal da problemlərini müzakirə edir, uğur və uğursuzluqlarından danışırlar. Kişilər isə əksinə - az danışırlar. Bu da onları irəli aparır.

- Siz rus dilində yazırsınız. Son zamanlar belə söhbətlər gəzir ki, rus dillilər azərbaycanlı hesab olunmamalıdırlar. Çünki onlar yad dildə danışıb, yad dildə yazırlar.

- Hə, çox təəssüf ki, biz azərbaycanlılar kamillikdən uzağıq. Mən fikirlərimi çox pis izah edirəm, söz bazam azdır. Biz - ana dilini bilməyənlər sistemin sonuncu qırıntılarıyıq. Bizim nəsil sonuncu pionerlərdir (xatırlayıram ki, bizi pionerə qəbul etdilər və az sonra təşkilat mövcudluğuna itirdi). Ancaq biz sonuncuyuq. Mən öz növbəmdə ümid edirəm ki, vaxt gələcək, əsərlərimi ana dilimə tərcümə olunmuş görəcəm. Bir də hazırda mənim sevimlim Pelevini də tərcümə edirlər...

Milli.Az

Həmçinin oxu
Rusdilli yazıçılar - Azərbaycan, yoxsa rus yazıçılarıdır?
Niyə Avropada bizə yox, gürcülərə heyran olurlar?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG