Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:23

Göyçayda Vidadi İsgəndərlinin müdafiəsi məqsədilə imza toplanıb


Mayın 6-da Göyçayda bir qrup adam hüquq müdafiəçisi Vidadi İsgəndərlinin müdafiəsi məqsədilə bir araya gəlib.

Rayon sakini Neman Əsgərov AzadlıqRadiosuna bildirib ki, onlar 500-ə qədər imza toplayıblar.

Onlar prezident İlham Əliyevə müraciət edəcəklər ki, səlahiyyətlərindən istifadə edib Vidadi İsgəndərlinin azadlığa buraxılmasını təmin etsin. Neman Əsgərov deyir ki, sonuncu parlament seçkisində namizəd olmuş Vidadi İsgəndərlini seçki zamanı qanunsuzluğa yol verməsi ilə bağlı ittihamlar əsassızdır.

Bakıda İctimai Palatanın 17 aprel aksiyası zamanı saxlanan Vidadi İsgəndərli bir neçə sutkalıq həbs cəzası almışdı, sonradan Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində iki aylıq həbs qəti imkan tədbiri seçilib.

O, 2010-cu il parlament seçkilərinə - səsvermə hüququna və seçki komissiyalarının işinə müdaxilədə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG