Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:33

Deputat amnistiya təklif edir


Milli Məclisin mayın 6-da keçirilən iclasında deputat İqbal Ağazadə 28 May - Respublika Günü münasibətilə «Amnistiya haqqında» qanunun qəbul olunmasını təklif edib.

İ. Ağazadə deyib ki, bu qanunla jurnalist Eynulla Fətullayev, AXCP üzvü Ruslan Bəşirli, o cümlədən 2 aprel aksiyasında tutulanlar azad edilə bilər.

Deputat hesab edir ki, belə bir amnistiyanın verilməsi cəmiyyətdə ümumi əhvala müsbət təsir edər, barışdırıcı mühit yaradar.

İ. Ağazadə həmçinin, dövlət büdcəsinin müzakirəsinə qədər «Siyasi partiyalar haqqında» qanuna əlavə və dəyişiklərin edilməsi təklifini irəli sürüb.

Deputat Siyavuş Novruzov isə bildirib ki, amnistiya yox, əfv ola bilər, amma vətənə xəyanətdə suçlandırılan şəxslərin əfv olunması mümkün deyil.

S. Novruzovun fikrincə, cəmiyyətdə hər hansı barışdırıcı mühit yaradılmasına ehtiyac yoxdur, çünki ictimai ovqat yaxşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG