Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:30

Liviya ABŞ-ın planlarını «quldurluq» adlandırıb


Muammar Qaddafi rejimi Liviyanın ABŞ-dakı bank hesablarının dondurulması və pulların liviyalı üsyançılara köçürülməsi planlarını pisləyib.

Mayın 5-də İtaliya paytaxtında Liviya hökumətinə qarşı kampaniya aparan ölkələrin nümayəndələri görüşüb. ABŞ dövlət katibi Hillary Clinton bildirib ki, Obama administrasiyası Liviya hökumətinin hesablarının dondurulması və pulların üsyançılara verilməsi üçün qanuni hüquq əldə etməyə çalışır.

Hökumət əleyhinə qüvvələr Liviyanın şərqinə nəzarət etsə də, maliyyə çatışmazlığı yaşayır.

Liviyada fevral ayından başlanan münaqişələrdən bəri ABŞ təxminən 30 milyard dollar dondurub.

Qəddafi hökumətinin nümayəndələri Vaşinqtonun planlarını «quldurluq» adlandırıb və bunun qlobal maliyyə sistemini sarsıda biləcəyini deyib.
XS
SM
MD
LG