Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:39

Azərbaycanda həbsxanada jurnalistin paltarından heroin tapılanda soruşdular ki, həbsxanada heroin hardandır?

Ancaq yəqin ki, soruşmaq lazım idi ki, Azərbaycanda heroin hardandır?

Europol Avropa Birliyində Mütəşəkkil Cinayətkarlıq haqda hesabat yayıb.

Hesabatda deyilir ki, “son illər heroinin Qara Dəniz Marşrutunun yeni inkişafını görürük.”

Qara Dəniz Marşrutu nədir?

Hesabatda deyilir ki, bu yolla heroin “İran, Azərbaycan, Gürcüstan və Ukrayna vasitəsilə Rumıniyaya və Baltik və Şimal Dənizləri ölkələrinə gəlir”.

Hesabata görə, Avropa Birliyinə heroin gətirməkdə və Birlik ölkələri daxilində heroini yaymaqda ən tanınmış qruplar türkdilli və albandilli kriminal qruplardır.
Türkdilli qruplar əsasən Qərbi Balkanlarda qərarlaşıblar.

Əməkdaşlığın isə ən ağlagəlməz coğrafiyası var. Məsələn, heroinin Orta Asiyadan Qərbi Avropaya daşınmasında albandilli kriminal qruplar Litvanın kriminal qrupları ilə əməkdaşlıq qurublar.

Türkdilli qruplar isə Avropaya gətirdikləri heroinin bir hissəsini ekstazi adlanan süni, sintetik narkotikə dəyişirlər. Sonradan ekstazi Türkiyəyə daşınır.

Şərhləri göstər

XS
SM
MD
LG