Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:18
BİN LADEN «TƏBLİĞAT VASİTƏSİ» KİMİ...

ABŞ prezidenti Barak Obama Osama Bin Ladenin meyitinin şəkillərini yaymamaq qərarı verib. Şəkillərin zorakılığa sövq edə biləcəyini ya da «təbliğat vasitəsi» kimi istifadə olunacağını deyib.

CBS kanalının «60 dəqiqə» verilişinə müsahibə verən Obama meyitdən götürülən DNT testinin nəticələrini açıqlayıb. Mayın 2-də ABŞ xüsusi əməliyyat qüvvələri tərəfində Pakistanda qətlə yetirilən şəxsin bin Laden olması barədə şübhə yeri qalmayıb. (Obamanın müsahibəsi mayın 8-də yayımlanacaq).

ABŞ prezidenti bildirib ki, o və onun milli təhlükəsizlik komandası – Müdafiə naziri Robert Gates, Dövlət katibi Hillary Clinton Əl-Qaidə liderinin başından güllələnmiş meyitinin şəkillərini yayıb-yaymamağın müsbət və mənfi tərəflərini götür-qoy ediblər. Və qərara gəliblər ki, milli təhlükəsizlik baxımından şəkillərin yayılmaması daha məsləhətdir

«ŞÜBHƏ YOXDUR Kİ, BİN LADEN ÖLÜB»

CBS News televiziyasının jurnalisti Ağ Evdə mətbuat konfransı zamanı prezident sözçüsü Jay Carneyə bin Ladenin öldüyü barədə şübhələrin olduğunu deyəndə isə sözçü Obamanın cavabını onlar üçün oxuyub.

«Həqiqət odur ki, biz beynəlxalq reaksiyanı izləyirdik. Şübhə yoxdur ki, bin Laden ölüb. Əlbəttə, Əl-Qaidə üzvləri arasında da onun ölümü ilə bağlı şübhə yoxdur. Ona görə düşünmürük ki, şəkil nə isə dəyişəcək. Bunu bir qrupdur təkzib edən. Fakt odur ki, siz bin Ladeni yenidən yer üzündə gəzən görməyəcəksiniz».

Obama əlavə edib ki, «bu adam layiq olduğu ədaləti alıb».

Bu günkü açıqlamadan əvvəlsə bin Ladenin şəkillərinin yayılacağı ilə bağlı ehtimallar yüksək idi. Xüsusilə Mərkəzi Kəşfiyyat idarəsinin direktoru Leon Panettanın azı bir şəklin ictimaiyyətə açıqlanacağını deməsindən sonra.

«DƏFN GÖRÜNTÜLƏRİ YAYILMAYACAQ»

Prezidentin sözçüsü isə bildirib ki, foto materialları və Bin Ladenin dəfn görüntüləri yayılmayacaq.

Osama Bin Ladenin öldürülməsi xəbəri müsəlman dünyasınında qınaqla qarşılanmaması ilə yadda qaldı. Carney deyib ki, Vaqintonun hərkətləri Obamanın müsəlman dünyası ilə etimadı bərpa etmə səylərinə mənfi təsir etməyəcək.

O həmçinin Bin Ladenin dini baxışlarına ölümündən sonra da hörmət edildiyini əlavə edib.

BİN LADENƏ EDİLƏN HÖRMƏT...

«Osama bin Ladenin islam ənənənə və qaydalarına uyğun dəfn olunması üçün göstərilən səylər mühüm olub. Bununla belə qeyd etməliyəm ki, ona və meyitinə göstərilən hörmət Osama Bin Ladenin 2001-ci il 11 sentyabr və digər qurbanlarına qoyulan hörmətdən böyük olub».

Ağ Evin şəkilləri yaymamaq qərarı müzakirələrə son qoymaya bilər.

Ekspertlər bildirir ki, İnformasiya azadlığıa haqda qanuna görə, hökumətə rəsmi sorğu göndərilərsə materiallar ictimailəşə bilər.

BİN LADENİN FOTOLARI YAYILACAQMI?

Qanuna görə, ABŞ-ın dövlət qurumları şəkil, video, səs yazıları və sənədləri verməyə məcbur edilə bilər. Amerikalı jurnalistlər çox zaman bu qanundan hökumətdən başqa yolla almaq mümkün olmayan məlumat əldə etmək üçün istifadə edirlər.

Ekspertlər deyir ki, əgər bin Ladenin şəkillərini reyd keçirən ABŞ Xüsusi əməliyyat qüvvələri çəkibsə, onun sahibi dövlət agentliyidir ki, informasiya azadlığı haqda qanunun subyekti ola bilər.

Ağ Ev açıqlama vediyi gün ABŞ-ın baş prokuroru Eric Holder Konqres üzvlərinə Bin Ladenin öldürülməsinin qanuni olduğunu deyib.

Bu arada isə Barak Obama mayın 5-də Nyu-Yorkda 11 sentyabr terrorunun baş verdiyi əraziyə Ground Zeroya baş çəkərək, ora əklil qoyacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG