Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:39
Mayın 5-də Bakı Apelyasiya Məhkəməsi Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, İctimai Palatanın üzvü Arif Hacılının şikayətinə baxıb. Şikayət təmin olunmayıb.

Müdafiə tərəfi Arif Hacılının həbs cəzasının ev dustaqlığı ilə əvəz olunması üçün Səbail rayon məhkəməsinə müraciət etmişdi. Lakin məhkəmə bunu qəbul etməmişdi. Bakı Apelyasiya Məhkəməsinə şikayət Səbail rayon məhkəməsinin qərarının ləğvi və Arif Hacılının cəzasının ev dustaqlığı ilə əvəzlənməsi haqqında idi.

Vəkili Əsabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, dövlət ittihamçıları şikayətin təmin olunmaması üçün tutarlı səbəb gətirməyiblər, sübut təqdim etməyiblər.

Məhkəmə prosesində çıxış edən Arif Hacılı bildirib ki, təkrar cinayət törədəcəyi, qaçıb gizlənəcəyi və istintaqa təsir edəcəyi haqda deyilənlərin heç bir əsası yoxdur.

Vəkili bundan sonra Arif Hacılının girov qarşılığında zaminə buraxılması üçün məhkəməyə müraciət edəcəyini bildirib.

Arif Hacılı İctimai Palatanın aprelin 2-də keçirdiyi mitinqdə həbs olunub. O, Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittiham olunur.

Aprelin 4-də Səbail Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG