Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:41
Amerika Birləşmiş Ştatları səfirliyi narkotik maddə saxlamaq ittihamı ilə 2 il yarım azadlıqdan məhrum edilən gənc fəal Cabbar Savalanlının işini yaxından izləyib.

Bunu AzadlıqRadiosuna səfirliyin mətbuat katibi Keith Bean deyib.

Onun fikrincə, cənab Savalanlının «Facebook» şəbəkəsində etirazlara səsləyən şərhlər yerləşdirməsindən az sonra həbsi bəzi müşahidəçilərdə ona qarşı ittihamların həqiqiliyi və bu halda ədliyyə sisteminin müstəqilliyi ilə bağlı suallar doğurur:

"Amerika Birləşmiş Ştatları Azərbaycanda demokratik qurumların və hüquq normalarının güclənməsini əzmlə dəstəkləyir. Ədliyyə orqanlarına müraciət edilir ki, Savalanlının apelyasiyasına Azərbaycanın hüquq və beynəlxalq öhdəliklərinə uyğun şəkildə baxılsın".

Cənab Bean qeyd edir ki, vətəndaşlarla onların hökumətləri arasında demokratiya mədəniyyətinin daha dərin inkişafının təməlini qoyan dialoqu təbliğ etmək üçün söz və toplaşma azadlığına hörmət vacibdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG