Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:26

Dövlət sərhədini pozmağa cəhd edən 76 nəfər saxlanıb


Bu ilin aprelində dövlət sərhədini pozduğuna və pozmağa cəhd göstərdiyinə görə 76 nəfər saxlanılıb. Onlardan 54-ü Azərbaycan, 6-ı İran İslam Respublikası, 3-ü Rusiya, 2-i Gürcüstan, 1-i Özbəkistan vətəndaşı və 9-u vətəndaşlığı olmayan şəxslərdir. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 124 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Xəbəri Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, apreldə qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən 5,449 kiloqram narkotik vasitə tutulub. Bunun 3,132 kq-ı kristal heroin, 2,289 kq-ı tiryək, 23 qr-ı həşiş, 5 qr-ı marixuana təşkil edib.

Bundan başqa 150 min manat dəyərində qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik silah, 1 xəncər, 40727 ABŞ dolları, 85 ədəd mobil telefon, 2858 qutu siqaret, 800 litr dizel yanacağı, 1415 qutu dərman preparatı, 14 baş at, 1835 şüşə araq, 127 şüşə şərab, müxtəlif ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
XS
SM
MD
LG