Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:18
Dünən Azərbaycan kuboku uğrunda mübarizə aparan «Bakı» və «Xəzər Lənkəran» klublarının görüşündən sonra kütləvi dava düşüb.

ANS PRESS-in məlumatına görə, davanı «Xəzər Lənkəran»ın azarkeşlərindən biri salıb.

O, oyundan sonra matçın baş hakimi Rövşən Əhmədovu vurmaq istəyərkən polis onu bölməyə aparmaq istəyib və nəticədə dava düşüb.

Davaya «Xəzər Lənkəran»ın oyunçuları və azarkeşləri də qoşulub.

Dava zamanı polislər «Xəzər Lənkəran»ın albaniyalı oyunçusu Elvin Beqirini vuraraq yerə yıxıblar.

Komanda yoldaşının köməyinə gələn qapıçı Kamran Ağayev də davaya qoşulub.

«Xəzər Lənkəran»ın azarkeşlərindən biri ciddi xəsarət alaraq xəstəxanaya düşüb.

«Xəzər Lənkəran» Bakıya 1:2 hesabı ilə məğlub olsa da iki oyunun nəticəsinə görə finala vəsiqə qazanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG