Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:54

İtaliyada Liviya rejiminə qarşı müzakirələr başlayır


Liviya lideri Muammar Qaddafi rejiminə qarşı beynəlxalq kampaniyada iştirak edən ölkələrin nümayəndələri mayın 5-də İtaliyanın paytaxtında toplaşır. Rejimi devirmək istəyən üsyançılara yardım yolları müzakirə olunacaq.

Görüşdə Britaniya, Fransa, İtaliya və ABŞ-ın xarici işlər nazirləri, Qətər, Ərəb Liqası və Afrika Birliyinin nümayəndələri iştirak edəcək.

Liviya üsyançılarının Milli Keçid Şurasının rəsmilərinin də toplantıya qatılacağı gözlənilir.

Keçid Şurasının sözçüsü Mahmud Shammam Reuters agentliyinə bildirib ki, dərman, qida və yaxın həftələrdə əməliyyatları davam etdirmək üçün onların təcili olaraq 1.5 milyard dollara ehtiyacı var.
XS
SM
MD
LG