Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:51

Qaddafinin şəxsi şəfqət bacısı Norveçdən sığınacaq istəyir


Qaddafinin məşhur şəxsi tibb bacısı, ukraynalı Galyna Kolotnytska Norveçdən sıyasi sığınacaq istəyib.

Bu haqda xəbər verən Norveç mətbuatı yazır ki, Kolotnytska Oslodakı Refstad qaçqın şəhərciyindədir.

Kolotnytskanın dail Qaddafini müşayət etdiyi bildirlirdiNorveçin rəsmi orqanları məlumatı nə təsdiq nə də təkzib edirlər. Yerli mətbuat bu mövzuya böyük diqqət
ayırır. Çünki Norveç hərbi tə
yyarələri Liviyanın bombalanmasında iştirak edir, bu günlərdə Kolotnytska vaxtilə Qaddafini bütün səfərlərdə müşayət edirdiQaddafinin Tripolidəki iqamətgahının bombalanmasında Norveç hərbçilərinin də yaxından iştirak etdiyi bildirilirdi. İndi Norveç hərbçilərinin hədəfi olan diktatorun yaxın adamının ölkəyə gəlməsi xəbəri hadisəyə çevrilib.

VG saytı yazır ki, hazırda Kolotnytskanın sığınacaq ərizəsi Norveç polisi tərəfindən nəzərdən keçirilir. Jurnaslitlər maraqlanıblar ki, Norveçin xüsusi xidmətləri məsələyə diqqət göstərirmi? Norveç rəsmiləri ümumi cavabla kifayətləniblər ki, zərurət olanda polisin əcnəbilər şöbəsi və və xüsusi xidmət orqanları əməkdaşlıq edir (Norveçdə hər iki xidmət polisin tərkibindədir – red.)

Norveç jurnaslitlərinin Kolotnytskaya ilə görüşmək cəhdi nəticəsiz qalıb. Miqrasiya xidmətinin nümayəndəsi onun müsahibə vermək istəmədiyini bildirib. Dövlət işçilərinə isə miqrasiya işləri ilə bağlı məlumat vermək qadağandır, onlar sirr saxlamaq haqda iltizamnamə imzalayırlar.

Galyna Kolotnytskanın adı ilk dəfə WikiLeaks açıqlamalarından sonra hallandı, orada Liviya diktatorunun yanında işləyən və daim onu müşayət edən Ukraynalı şəfqət bacısından söhbət gedirdi.

Kolotnytska Qaddafinin ətrafında
Fevral ayında Liviyada vətəndaş müharibəsi başlayanda Kolotnytska bir qrup Ukrayna vətəndaşı ilə birgə ölkədən çıxarılaraq Kiyevə təxliyyə edilmişdi.

Norveç mətbuatı yazır ki, Kolotnytskanın Liviya diktatorunun səhhəti və vərdişləri haqda olan məlumatları NATO üçün olduqca qiymətli sayəla bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG